“Gürcü Arzusu” bu gün rəsmi olaraq Kaxa Kaladzenin Tbilisi meri postuna namizədliyini irəli sürəcək

Jul 31, 2025 - 10:46
 0  32
“Gürcü Arzusu” bu gün rəsmi olaraq Kaxa Kaladzenin Tbilisi meri postuna namizədliyini irəli sürəcək

“Gürcü Arzusu” partiyası bu gün Tbilisi meri vəzifəsinə namizəd olaraq Kaxa Kaladzeni rəsmi şəkildə təqdim edəcək.

Partiyanın məlumatına görə, təqdimat tədbiri bu gün saat 21:00-da Mtacminda parkında keçiriləcək.

Qeyd edək ki, Kaxa Kaladze Tbilisi meri postuna üçüncü dəfə namizədliyini irəli sürür.

mənbə: interpress