Polşaya işləməyə gedən Gürcüstan vətəndaşları üçün yeni qaydalar
Gürcüstan, Kolumbiya və Venesuela vətəndaşlarının iş məqsədilə Polşaya giriş qaydaları sərtləşdirilib.
XEBER.GE xeber verir ki,
Polşa hökumətinin bildirdiyinə görə, bu üç ölkənin vətəndaşları vizasız rejimdən sistematik şəkildə istifadə edərək qanunvericiliyin tələblərinə cavab vermədən işləyiblər.
Polşada Gürcüstandan olan əmək miqrantlarının sayının da artıq azalmağa başladığı bildirilir.
Polşa hakimiyyətinin məlumatına əsasən, ölkədə 27 minə qədər Gürcüstan vətəndaşı istehsalat, tikinti, logistika, xidmət sahələrində, eləcə də taksi sürücüsü kimi çalışıb.
Qeyd: Bu dəyişiklik Gürcüstan vətəndaşlarının Polşaya ümumiyyətlə vizasız gedə bilməməsi demək deyil. Məhdudiyyət məhz iş məqsədilə girişə aiddir.