Urekdə boğulan şəxsə görə xilasedicilərlə qarşıdurma yarandı-VİDEO

Jun 18, 2026 - 19:13
Jun 18, 2026 - 19:16
 0  25

Ureki çimərliyində bir neçə dəqiqə əvvəl ciddi səs-küy və qarşıdurma yaşanıb.

Sahildə istirahət edən şəxslər dənizdən huşsuz vəziyyətdə olan bir kişini çıxarıblar.

XEBER.GE xəbər verir ki, hadisə yerində dincələnlərlə xilasedicilər arasında fiziki və şifahi qarşıdurma baş verib.

Yayılan ilkin məlumatlara və hadisə şahidlərinin iddialarına görə, dənizə girən kişi qəfildən özünü pis hiss edib və boğulmağa başlayıb. Sahildəki fəaliyyətsizlik isə gərginliyin artmasına səbəb olub. İstirahət edənlər bildirirlər ki, xilasedicilər vəziyyətə müdaxilə etmək üçün heç bir addım atmayıblar.

"Tv Pirveli"yə hadisə yerindən verilən məlumata görə, huşsuz vəziyyətdə olan xəstəni sudan xilasedicilər yox, sahildəki digər vətəndaşlar öz gücləri ilə çıxarıblar və ona ilk tibbi yardımı da elə özləri göstəriblər.

Şahidlərin sözlərinə görə, dənizdən çıxarılan şəxsin hazırda heç bir həyat əlaməti  yoxdur. Vətəndaşlar həmçinin hadisə yerinə təcili tibbi yardımın da vaxtından xeyli gec gəldiyini iddia edirlər.

Bu gecikmə sahildəki insanları daha da qəzəbləndirib və gərginliyin pik həddə çatmasına rəvac verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.