Polşadan 2 minə yaxın Gürcüstan vətəndaşı deportasiya olunub

Feb 24, 2026 - 11:58
 0  39
Polşadan 2 minə yaxın Gürcüstan vətəndaşı deportasiya olunub

Xeber.ge xəbər verir ki, 2025-ci ildə Polşadan təxminən 9 min əcnəbi deportasiya edilib. Onların arasında əsasən Gürcüstan, Belarus və Ukrayna vətəndaşları üstünlük təşkil edir. Bu barədə respublikanın Sərhəd Xidməti məlumat yayıb.

 

“Məlumata görə, 2025-ci ildə sərhəd xidməti orqanları tərəfindən xarici vətəndaşların deportasiyası ilə bağlı təxminən 9 min qərar qəbul edilib”, – deyə məlumatda bildirilir.

 

Sərhəd xidmətinin məlumatına əsasən, deportasiya qərarlarının ən çoxu Gürcüstan vətəndaşlarına aid olub – 1,9 mindən çox, Belarus vətəndaşlarına – təxminən 1,3 min və Ukrayna vətəndaşlarına – 1,2 mindən artıq.