Polis 150 qramadək “kokain” müsadirə etdi – Türkiyə vətəndaşı saxlanılıb

Polis əməkdaşları xüsusilə böyük miqdarda narkotik vasitə olan “kokain” müsadirə ediblər. Bu iş üzrə Türkiyə Respublikasının vətəndaşı saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin açıqlamasına görə, Mərkəzi Kriminal Polis İdarəsinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü H.A.-nı xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə yaxalayıblar.
Qeyd olunur ki, bu cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin əməkdaşları saxlanılan şəxsin müvəqqəti yaşadığı evdə axtarış apararkən altı ədəd bağlamaya qablaşdırılmış, ümumilikdə 150 qramadək “kokain” maddi sübut kimi götürüblər.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə aparılır.
mənbə: interpress