Polis əməkdaşının həlak olması halında kompensasiya iki dəfə artırılır

Nov 15, 2025 - 15:13
 0  21
Polis əməkdaşının həlak olması halında kompensasiya iki dəfə artırılır

Polis əməkdaşının xidməti vəzifəsini yerinə yetirərkən həlak olması halında kompensasiyanın məbləği iki dəfə artırılacaq.

Xeber.ge xeber  verir ki, Daxili İşlər Nazirliyi polis əməkdaşlarının xidməti vəzifələrini icra edərkən xəsarət almaları və ya həlak olmaları halında onların sosial təminatını gücləndirməyə yönəlmiş “Gürcüstanın Polis Haqqında Qanunu”na dəyişikliklər paketini hazırlayıb parlamentə təqdim edib.

Yeni qaydalara əsasən, polis əməkdaşı xidmətdə həlak olduqda ailəsinə verilən birdəfəlik kompensasiya 15 min laridən 30 min larəyə qaldırılır.

Bundan əlavə, dəfn xərcləri üçün ayrılan məbləğ də artırılır – əvvəlki 500 lari əvəzinə 2 min lari veriləcək.