Pezeşkian Göy məsciddə namaz qıldı

Aug 19, 2025 - 11:01
 0  19

Ermənistanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian İrəvandakı Göy Məsciddə namaz qılıb.

Xeber.ge xəbər verir ki, bu haqada “Mehr” xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, Göy Məscid 1760-cı ildə Hüseynəli xan tərəfindən inşa edilib və 1765-ci ildə tikintisi başa çatıb.

O, Şərq memarlığının nadir incilərindən sayılır. Məscid ermənilər tərəfindən dəfələrlə yandırılıb.

1990-cı illərdə məscid İran tərəfindən bərpa edilib və orada muzey yaradılıb.

mənbə: qafqazinfo.az