Niderland səfirliyi Gürcüstanda MATRA proqramını müvəqqəti dayandırır

Aug 19, 2025 - 11:05
 0  15
Niderland səfirliyi Gürcüstanda MATRA proqramını müvəqqəti dayandırır

Ölkədə vəziyyətin pisləşməsi səbəbindən, hansı ki, bu, “Gürcüstan hökumətinin atdığı addımların nəticəsidir”, MATRA proqramı müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Niderland Gürcüstandakı səfirliyinin yaudığı məlumatında qeyd olunub.

Yayılan açıqlamada bildirilir ki, MATRA qanunun aliliyi proqramı çərçivəsində illər ərzində təxminən iki yüzə yaxın gürcü rəsmisi və dövlət qulluqçusu təlim prosesində iştirak edib və bu, Gürcüstanın dövlət institutlarının güclənməsinə mühüm töhfə verib.

“Bu, həqiqətən də çətin qərar idi. Niderland Krallığı Gürcüstanda qanunun aliliyinin möhkəmləndirilməsi prosesində həmişə tərəfdaş və dəstəkçi olub və qalır. MATRA proqramı çərçivəsində illər ərzində iki yüzə yaxın gürcü rəsmisi və dövlət qulluqçusu tədris prosesində iştirak edib, bu isə Gürcüstanın dövlət institutlarının inkişafına mühüm töhfə verib. Öz növbəsində, gürcü iştirakçılar proqramın keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayıblar. MATRA proqramının məzunları səfirliyimizin əsas əlaqələrinin bir hissəsini təşkil edir.

Proqramın müvəqqəti dayandırılması ölkədəki vəziyyətin pisləşməsi ilə bağlıdır ki, buna da Gürcüstan hökumətinin atdığı addımlar səbəb olub.

Ümid edirik ki, gələcəkdə vəziyyətin yaxşılaşması ilə yanaşı, yenidən gürcü iştirakçıların qəbulunu təmin edə biləcəyik”, – deyə məlumatda vurğulanır.

mənbə: interpress