Pekin prospektində su borusu qəzasına görə yolun bir hissəsi bağlanacaq

Aug 7, 2026 - 21:48
 0  10
Pekin prospektində su borusu qəzasına görə yolun bir hissəsi bağlanacaq
: :
playing

"Georgian Water and Power" (GWP) Saburtalo rayonunda, Pekin prospekti №37 yaxınlığında su təchizatının 1000 mm-lik ana boru kəmərindəki mürəkkəb texniki qəzanı aradan qaldırmaq üçün təxirəsalınmaz işlər həyata keçirəcək.

XEBER.GE xeber  verir ki, şirkətin yaydığı məlumatda bildirilir ki, işlərin mürəkkəbliyindən asılı olaraq yolun hərəkət hissəsinin bağlanması zəruridir. Müvafiq olaraq, 8 avqust saat 00:30-dan 8 avqust saat 22:00-dək Pekin və Vaja-Pşavela kəsişməsindən Jvaniya meydanı istiqamətində, Fancikidze küçəsinin kəsişməsinədək avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

"Sözügedən qəza vəziyyətinin miqyasını nəzərə alaraq, bərpa prosesinin mümkün qədər qısa müddətdə başa çatdırılması üçün əraziyə cəlb olunmuş texniki qruplar fasiləsiz rejimdə çalışacaqlar. İşlər çərçivəsində zədələnmiş şəbəkə tam bərpa olunacaq, ərazi qaydaya salınacaq və asfalt örtüyü salınacaq.

Georgian Water and Power yaranmış narahatlığa və ləngimələrə görə üzr istəyir", — məlumatda qeyd olunub.