Pasxa bayramında məhkumlara nələr göndərmək olar?

Apr 6, 2026 - 12:34
 0  24
Pasxa bayramında məhkumlara nələr göndərmək olar?

Gürcüstanın Xüsusi Penitensiar Xidməti Pasxa bayramı günlərində məhkumlar və müttəhimlər üçün bağlamaların qəbulu ilə bağlı rəsmi bəyanat yayıb.

Xeber.ge xəbər verir ki, xidmətin tabeliyində olan bütün cəzaçəkmə müəssisələrində bağlamaların qəbulu 8-9 aprel tarixlərində, saat 10:00-dan 18:00-dək həyata keçiriləcək.

İcazə verilən qida məhsullarının siyahısı: Bayram münasibətilə bağlama şəklində qəbul edilə biləcək məhsulların siyahısı və miqdarı müəyyən edilib:

·         Ət məhsulları: 3 kq bişmiş və ya qızardılmış ət, 1 ədəd qaynadılmış və 1 ədəd qızardılmış toyuq;

·         Süd məhsulları: 2 kq pendir;

·         Xəmir xörəkləri: 3 ədəd xaçapuri və 3 ədəd lobiani;

·         Bayram şirniyyatları: 2 ədəd Paska (Pasxa keki), 10 ədəd qırmızı yumurta və kremsiz pirojnalar;

·         Tərəvəz: 3 kq xiyar və 3 kq pomidor.

Xüsusi Penitensiar Xidmət bağlamaların qəbulu prosesinin maneəsiz həyata keçirilməsini təmin edəcəyini bildirib. Vətəndaşlar əlavə məlumat üçün xidmətin "1500" nömrəli "qaynar xətt"inə müraciət edə bilərlər.