Ozurgetidə vəftiz məclisində qarşıdurma: polisə hücum edən iki nəfər saxlanılıb
Ozurgetidə vəftiz məclisində baş verən qarşıdurma zamanı polis əməkdaşını döyərək hadisə yerindən qaçan iki nəfər Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb.
Polisə qarşı qrup şəklində zorakılıq törətməkdə ittiham olunan 2006-cı il təvəllüdlü L.Ç. və 1997-ci il təvəllüdlü D.S. ələ keçirilib.
Xeber.ge xeber verir ki,
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi üzrə keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində L.Ç. və D.S.-ni yanvarın 31-də Tbilisidə şübhəli şəxs qismində saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsinin "b" bəndi (qrup şəklində törədilən zorakılıq) ilə istintaq aparılır.