Özünü vəkil kimi qələmə verib əcnəbiləri soydu

Sep 4, 2026 - 10:57
 0  9
Özünü vəkil kimi qələmə verib əcnəbiləri soydu

Külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəmə, saxta rəsmi sənəd hazırlama və istifadə etmə ittihamı ilə bir şəxs saxlanılıb.

XEBER.GE xeber  verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının iş üzrə keçirdiyi kompleks istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs xarici ölkə vətəndaşlarına özünü vəkillə təqdim edib. O, Gürcüstanda yaşamaq və işləmək hüququ əldə etmək üçün sənədlərin hazırlanmasına köməklik göstərmək müqabilində onlardan 58 000 lari alıb, lakin vədinə əməl etməyərək sözügedən məbləği dələduzluq yolu ilə mənimsəyib.

Zərərçəkənlər narazılıq bildirdikdən sonra təqsirləndirilən şəxs saxta bank köçürmə sənədi hazırlayıb və həmin sənəddən edərək zərərçəkənləri güya onlara aid olan pulu geri qaytardığına inandırmağa çalışıb.

"Hüquq-mühafizə əməkdaşları təqsirləndirilən şəxsi hakim qərarı əsasında saxlayıblar", — deyə qurum bildirir.

İstintaq Cinayət Məcəlləsinin 180-ci və 362-ci maddələri ilə aparılır ki, bu da 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.