Nestlé Georgiadan istehlakçılara müraciət Risklər minimaldır
Xeber.ge xeber verir ki,
"Biz Gürcüstandakı istehlakçılardan sözügedən partiyalardan olan məhsulun istifadəsi nəticəsində sağlamlıq vəziyyətinin pisləşməsi ilə bağlı heç bir müraciət almamışıq. Geri çağırma qərarı qlobal miqyasda qəbul edilmiş qərar çərçivəsində ehtiyat tədbiri kimi şirkət tərəfindən qəbul edilib. Biz qərar barədə dərhal Gürcüstanın Milli Qida Agentliyinə məlumat vermişik və tənzimləyici qurumla əməkdaşlıq edirik", – deyə Aladaşvili bildirib.
Bundan əvvəl Milli Qida Agentliyi partiyaların "mümkün Sereulid (Cereulide) toksini riski ilə əlaqədar" bazardan çıxarılması barədə bəyanat yaymışdı. Agentliyin məlumatına görə, Sereulid sağlamlıq üçün ciddi təhlükə yaratmır və həyata keçirilən tədbirlər preventiv xarakter daşıyır.
Sereulid (Cereulide) — bəzi Bacillus cereus ştammları tərəfindən istehsal olunan qusma toksinidir. Əgər uşaq bu toksinlə çirklənmiş qida qəbul edərsə, simptomlara qusma, diarreya (ishal) və zəiflik daxil ola bilər. Simptomlar adətən təmasdan 30 dəqiqə ilə 6 saat sonra özünü büruzə verir və 24 saat ərzində yox olur.
Bazardan çıxarılma tələbi "Nestlé" şirkətinin Gürcüstanda təmsil olunduğu digər məhsul partiyalarına və digər uşaq qidalarına şamil edilmir.