Narkotik cinayəti törədən şəxs saxlanılıb

1980-ci il təvəllüdlü Z.N. narkotik cinayəti ittihamı ilə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, saxlanılan şəxsin evinə baxış zamanı külli miqdarda “MDMA” narkotik vasitə olan 992 həb maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə araşdırma aparılır.
Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
mənbə: interpress