Nakerala aşırımında qoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

Nov 25, 2026 - 12:53
 0  8
Nakerala aşırımında qoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

XEBER.GE xeber  verir ki, Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, intensiv qar yağması və havanın temperaturunun aşağı olması səbəbindən Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun 41–51-ci kilometrləri arasındakı (Nakerala aşırımı) hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.

Digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.