Məzarı təmir etmədi, pulu mənimsədi

Jul 19, 2026 - 13:31
 0  11
Məzarı təmir etmədi, pulu mənimsədi

Gürcüstanda böyük məbləğdə dələduzluqda təqsirləndirilən bir nəfər saxlanılıb.

XEBER.GE xeber  verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs zərərçəkmişə mərhum həyat yoldaşının məzarını abadlaşdıracağını vəd edərək ondan 10 300 lari alıb. Lakin vəd etdiyi işləri yerinə yetirməyib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Təqsirləndirilən şəxsi 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.