Məzar təmiri adı ilə dələduzluq edən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin məlumatına görə, külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bir nəfər saxlanılıb.
XEBER.GE xeber verir ki, istintaqla müəyyən olunub ki, saxlanılan şəxs zərərçəkmişə vəfat etmiş həyat yoldaşının məzarını abadlaşdıracağını vəd edib. Təqsirləndirilən şəxs külli miqdarda pul vəsaitini qanunsuz olaraq ələ keçirmək məqsədilə zərərçəkmişdən 10 300 lari alıb, lakin vəd etdiyi işləri yerinə yetirməyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində məhkəmənin qərarı əsasında həmin şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar", – deyə nazirliyin məlumatında bildirilir.
Qurumun məlumatına əsasən, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.