İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi - Video
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İordaniyadakı Əl-Əzraq aviabazasına zərbələr endirib.
XEBER.GE xeber verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.
“SEPAH qüvvələri İordaniyanın Əl-Əzraq bölgəsində yerləşən ABŞ aviabazasına və qırıcı təyyarələrin sığınacaqlarına eyni vaxtda raket və pilotsuz uçuş aparatları ilə sarsıdıcı zərbələr endirib. Hücum nəticəsində 2 qırıcı və digər 3 müxtəlif tipli təyyarə məhv edilib, daha bir neçə hava gəmisinə isə ciddi ziyan dəyib”, - bəyanatda qeyd edilib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb.
mənbə: axar,az