Gürcüstanda leysan yağış xəbərdarlığı
Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, 18 iyul axşamdan 19 iyul günorta saatlarına qədər Şərqi Gürcüstanda arabir yağış, Samtsxe-Cavaxeti, Mtsxeta-Mtianeti, Aşağı Kartli və Kaxeti rayonlarında isə güclü leysan gözlənilir.
XEBER.GE xeber verir ki, yağışla yanaşı ildırım, dolu və güclü külək də mümkündür.