"Məni öldürmək istəyirdilər, amma prokurorluqla əməkdaşlıq etməyəcəyəm"

Jun 9, 2025 - 14:57
 0  42
"Məni öldürmək istəyirdilər, amma prokurorluqla əməkdaşlıq etməyəcəyəm"

Marneuli və Hucabın yepiskopu, Georgi Camdeliani dünən ambiondan etdiyi çıxışda onun qətlinin hazırlandığını iddia etdikdən sonra bildirib ki, nə prokurorluqla, nə də polis orqanları ilə əməkdaşlıq etmək niyyətində deyil.

O, bu barədə “TV Pirveli”yə verdiyi açıqlamada bildirib və ifadə verməkdən imtina etdiyini vurğulayıb.

“Prokurorluq mənimlə əlaqə saxladı, amma mən, din xadimi olaraq, konstitusion hüququmdan istifadə edirəm. Bu mərhələdə ifadə verməkdən imtina edir və nə prokurorluq, nə də polis ilə əməkdaşlığa hazırlaşmıram. Mən qərarımı kilsə qanunvericiliyinə əsasən verirəm. Həmin monax indi mənimlə deyil, artıq yeparxiyada deyil”, – deyə yepiskop qeyd edib.

Xatırladaq ki, yepiskop Georgi Camdeliani dünənki moizəsi zamanı bildirib ki, onu qətlə yetirmək planlaşdırılırdı və bu əmri hökumətin hazırkı nümayəndəsi vermişdi. Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı həmin plan çərçivəsində yeparxiyadakı bir monaxı öz tərəfinə çəkmişdi.

Skandal açıqlamadan sonra Gürcüstan Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. İstintaq Cinayət Məcəlləsinin 18-108-ci maddəsi ilə – qəsdən adam öldürməyə cəhd faktı üzrə aparılır.

mənbə: interpress