“Seçkilərə qatılan hər kəs Rusiya və oliqarxik diktaturanın oyununu oynayır”

Jun 9, 2025 - 15:03
Jun 9, 2025 - 16:18
 0  33
“Seçkilərə qatılan hər kəs Rusiya və oliqarxik diktaturanın oyununu oynayır”

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili hesab edir ki, mövcud şəraitdə seçkilərdə iştirak edən hər kəs Rusiya və oliqarxik diktaturanın maraqlarına xidmət edir.

O, bu barədə bugünkü məhkəmə prosesinə onlayn qoşularkən bildirib və vurğulayıb ki, hazırkı rejim azad və ədalətli seçkilər keçirməyəcək.

“Rejimlə əməkdaşlığa və onun bəraətinə yönəlmiş ideyaya - guya seçkilərdə iştirakla buna nail olmaq olar - inanan hər kəsə deyirəm: əvvəlki prezident, parlament və ötənilki seçkilərdən dərs çıxarmadınızmı? Nə qədər eyni suya təkrar girməyə çalışmaq olar?! Bu rejim heç vaxt azad seçki keçirməyəcək.

Bu şəraitdə seçkilərə qatılan hər kəs birbaşa olaraq Rusiya və oliqarxik diktaturanın oyununu oynayır”, – deyə Saakaşvili bildirib.

O, əlavə edib ki, Gürcüstanda hakimiyyət banditlər və fırıldaqçıların diktaturasını qurmağa çalışır.

“Küçələrdə baş verən terror bandit diktaturasının əlamətidir və bu, uzunömürlü olmayacaq. Yeganə yol – birləşmək, güclü olmaq və hücuma keçməkdir. Yenidən və bir daha hücum! Hamımız birlikdə deməliyik: ‘Qorxmuram və susmayacağam!’” – deyə Saakaşvili vurğulayıb.

mənbə: interpress