Muxranidə şəxs öz avtomobilində güllələnib

Jan 24, 2026 - 20:18
Jan 24, 2026 - 20:20
 0  59
Muxranidə şəxs öz avtomobilində güllələnib

Mtsjeta rayonunun Muxrani kəndinin mərkəzində silahlı qətl hadisəsi baş verib.

Xeber.ge xeber  verir ki, naməlum şəxs və ya şəxslər avtomobildə olan kişiyə atəş açıblar. Aldığı güllə yaraları nəticəsində həmin şəxs hadisə yerində dünyasını dəyişib.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil. Ölkənin Daxili İşlər Nazirliyindən "tvpirveli.ge" portalına verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu (qəsdən adam öldürmə) və 236-cı (odlu silahın qanunsuz olaraq əldə edilməsi, saxlanılması və gəzdirilməsi) maddələri ilə istintaq başladılıb.

Hazırda polis cinayəti törədən şəxsin şəxsiyyətinin müəyyən edilməsi və saxlanılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirir.