Avlabaridə yaşayış binasında güclü yanğın
Tbilisinin Avlabari rayonunda güclü yanğın baş verib. İlkin məlumatlara görə, yaşayış binasının çardaq hissəsində yanğın qeydə alınıb.
Fövqəladə Halların İdarə Edilməsi Xidməti faktı təsdiqləyib.
Qurumun məlumatına görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
XEBER.GE xəbər verir ki, hazırda hadisə yerinə 7-dən çox yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub, yanğının söndürülməsi istiqaməsində işlər davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində ərazidə yaşayan əhalinin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.