Müsəlman namizəd ilk dəfə Nyu-Yorkun meri seçilib
Nyu-York şəhərinin Demokratlar Partiyasından bələdiyyə sədrliyinə (mer) namizədi olan Zöhran Məmdani səslərin 50,6 faizini toplayaraq Nyu-Yorkun ilk müsəlman bələdiyyə sədri olub.
Xeber.ge xəbər verir ki,
Yerli vaxtla saat 21:00-da səsvermə başa çatdıqdan sonra bülletenlərin 83 faizi sayılıb.
Məmdani səslərin 50,6 faizini toplayaraq ən yaxın rəqibi, müstəqil namizəd Endryu Kuomodan təxminən 9 xal öndə olub.
Kuomo səslərin 41,4 faizini, Respublikaçı namizəd Körtis Sliva isə 7,3 faizini toplayıb.
34 yaşlı Məmdani Nyu-York şəhərinin ilk müsəlman bələdiyyə sədri olaraq tarixə düşüb.
mənbə: apa.az