Mübahisə bıçaqlanma ilə sonlandı

Xelvaçauri rayonunda bir kişi bıçaqlanıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Acarıstan Polis Departamentinin Xelvaçauri Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən operativ və istintaq tədbirləri nəticəsində, 2004-cü il təvəllüdlü A.P. qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.
İstintaqla müəyyən olunub ki, spirtli içkinin təsiri altında olan A.P. mübahisə zəminində 2004-cü il təvəllüdlü B.F.-yə soyuq silahla bir neçə bıçaq zərbəsi endirib və hadisə yerindən qaçıb.
Yaralı B.F. dərhal xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları cinayətdə şübhəli bilinən şəxsi qısa müddət ərzində isti izlərlə saxlayıblar. Hadisə zamanı istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
mənbə: interpress