Mixeil Kavelaşvili Mariamoba bayramı münasibətilə 226 məhkumu əfv etdi
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Mariamoba bayramı ilə əlaqədar 226 nəfəri əfv edib.
XEBER.GE xeber verir ki, əfv 217 azadlıqdan məhrumetmə və 6 qeyri-həbs cəzası çəkən şəxsə şamil olunub, 3 şəxsin isə məhkumluğu götürülüb.
Gürcüstan Prezidenti tərəfindən Konstitusiya ilə verilmiş eksklüziv səlahiyyətin tətbiq edilməsi hümanizm prinsipinə və dövlət maraqlarına əsaslanır.