Marneulidə bir nəfərə qarşı zorakılıq edən üç nəfər saxlanıldı- VİDEO

Aug 21, 2025 - 11:02
 0  27

Kvemo Kartli Polis İdarəsinin Marneuli Rayon Şöbəsi əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat və istintaq tədbirləri nəticəsində üç nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatına görə, 2002-ci il təvəllüdlü G.M., 2002-ci il təvəllüdlü S.B. və 1994-cü il təvəllüdlü E.T. qrup halında zorakılıq və azadlıqdan qanunsuz məhrum etmə ittihamı ilə tutulublar.

Məlumata əsasən, cinayət sübuta yetiriləcəyi halda, onlara 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.

İstintaqla müəyyən edilib ki, Marneuli rayonunun kəndlərindən birində təqsirləndirilən şəxslər maliyyə mübahisəsinə görə 1991-ci il təvəllüdlü D.A.-ya fiziki zor tətbiq ediblər, onu avtomobilin baqajına yerləşdirərək azadlığını məhdudlaşdırıblar və çaya tərəf aparıblar. Lakin zərərçəkmiş baqajı açaraq qaça bilib.

Polis əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hər üç nəfəri cinayəti törətməkdə şübhəli şəxs qismində isti izlərlə saxlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prim “b” bəndi və 143-cü maddəsinin üçüncü hissəsinin “a” bəndi ilə istintaq aparılır.

mənbə: interpress