Marneulidə atışma nəticəsində 2 nəfər yaralanıb

Jan 4, 2026 - 17:58
 0  84
Marneulidə atışma nəticəsində 2 nəfər yaralanıb

Marneuli bazarında qızıl mağazasında atışma baş verib.

Hadisə nəticəsində iki nəfər – ata və oğul yaralanıb. Yaralılar klinikaya yerləşdirilib və həkimlərin məlumatına görə, onlara təcili əməliyyat aparılır.

Şahidlər “Pirvelebi”yə bildiriblər ki, silahlı şəxsin əraziyə necə daxil olduğunu görməyiblər, lakin onun hadisə yerini tərk etdiyini görüblər. Məlumata görə, yaralılar xəstəxanaya aparılmadan əvvəl onlardan biri orada çalışanlara silahlı şəxsi tanımadığını deyib.

Xeber.ge xeber  verir ki, versiyalardan birinə görə, atışma narkotiklərlə bağlı münaqişə ilə əlaqəli ola bilər, lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. Digər versiyaya əsasən isə hadisə böyük məbləğdə pulla bağlı olub.

Hadisə yerinə polis səfərbər edilib – bazarın perimetri sarı lentlərlə mühasirəyə alınıb, istintaq hərəkətləri aparılır. Hüquq-mühafizə orqanları hücumçunun şəxsiyyətini müəyyənləşdirmək üçün müşahidə kameralarının qeydlərini yoxlayırlar.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə aparılır.