Marneulidə qanlı hadisə: 1 nəfər saxlanıldı

Sep 24, 2025 - 13:03
 0  41
Marneulidə qanlı hadisə: 1 nəfər saxlanıldı

Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları isti izlərlə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə 2004-cü ildə anadan olmuş, əvvəllər məhkum olunmuş R.M.-i saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, cinayət 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

“İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Marneulidə odlu silahla atəş açaraq İ.Q.-nın qarın nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı gənc tibb müəssisəsinə yerləşdirilib. Hüquq-mühafizə orqanları R.M.-i həyata keçirilmiş axtarış və istintaq tədbirləri nəticəsində hadisədən bir neçə saat sonra saxlayıblar. Polis odlu silahı maddi sübut kimi götürüb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci və 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır,” – məlumatda qeyd olunur.

mənbə: interpress