Marneulidə övladlarına qarşı zorakılıq edən ana saxlanılıb

Mar 16, 2026 - 10:46
 0  10
Marneulidə övladlarına qarşı zorakılıq edən ana saxlanılıb

Gürcüstanın Marneuli rayonunda azyaşlılara qarşı törədilmiş məişət zorakılığının üstü açılıb.

 Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin  Kvemo Kartli Polis Departamentinin əməkdaşları 2005-ci il təvəllüdlü S.G.-ni saxlayıblar.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs öz övladlarına — 2020 və 2024-cü il təvəllüdlü azyaşlılara qarşı sistemli şəkildə zorakılıq tətbiq edib. Hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində S.G. şübhəli şəxs qismində yaxalanıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prim maddəsinin 2-ci hissəsi (qabaqcadan məlum olan azyaşlıya qarşı ailə daxilində zorakılıq) ilə cinayət işi başlanılıb.

DİN-in yaydığı məlumata əsasən, bu maddə üzrə təqsirləndirilən şəxsi 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda istintaq davam etdirilir.