Marneulidə məcburi nikahla bağlı daha iki hal aşkarlanıb

Oct 18, 2026 - 13:26
 0  71
Marneulidə məcburi nikahla bağlı daha iki hal aşkarlanıb

Marneulidə məcburi nikahla bağlı daha iki hal qeydə alınıb.

XEBER.GE xeber  verir ki, bu barədə hüquq müdafiəçisi Samira Bayramova sosial şəbəkədə məlumat yayıb.

Hüquqşünasın sözlərinə görə, polis qızları xilas edə bilib və hazırda onlar təhlükəsiz yerdədirlər. Onun bildirdiyinə görə, hadisədə iştirak edən ailə üzvləri barəsində hüquq-mühafizə orqanları müvafiq tədbirlər görüblər.

Samira Bayramova sosial şəbəkədə yazıb:

“Marneulidə məcburi nikahla bağlı daha iki hal qeydə alınıb. Yaxşı xəbər budur ki, qızlar yaxşıdır, ailə üzvləri isə yox. Polis qızları xilas edə bildi. Bu gün rahat yatacağıq, zorakılıq törədənlər isə yox”.