Marneulidə bədbəxt hadisə: Ölüm faktı ilə bağlı bir nəfər saxlanılıb

Dec 30, 2025 - 11:16
 0  36
Marneulidə bədbəxt hadisə: Ölüm faktı ilə bağlı bir nəfər saxlanılıb

Marneuli Rayon İdarəsinin əməkdaşları tikinti işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması və nəticədə insan ölümünə səbəb olma ittihamı ilə 1965-ci il təvəllüdlü T.Z.-ni saxlayıblar.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, Marneuli bələdiyyəsində təqsirləndirilən şəxs ağır texnika ilə yol çəkilişi işlərini yerinə yetirərkən, dəmir boru 1958-ci il təvəllüdlü R.M.-nin üzərinə düşüb. Aldığı xəsarətlər nəticəsində R.M. hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş istintaq tədbirləri nəticəsində T.Z.-ni isti izlərlə təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 240-cı maddəsinin 2-ci hissəsi ilə aparılır. Bu maddə 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.