Marneulidə atışma: 2 nəfər saxlanıldı

Nov 8, 2025 - 17:34
 0  119
Kvemo Kartli, Kaxeti və Mərkəzi Cinayət Polisi Departamentlərinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində böyük miqdarda əmlak əldə etmək məqsədilə qrup halında törədilmiş hədə-qorxu ilə tələb etmə (reket) və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə iki nəfər saxlanılıb.
 
Eyni zamanda, bu iş üzrə sifarişli qətlin hazırlanması və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasına görə 7 noyabrda saxlanılmış digər şəxsə cəzaçəkmə müəssisəsində əlavə ittiham irəli sürüləcək.
 

Xeber.ge xeber  verir ki, istintaqla müəyyən edilib ki, 2025-ci ilin sentyabr ayında əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş, "qırmızı bülletenlə" axtarışda olan və hazırda xaricdə yaşayan kriminal avtoritet Elmuraz Məmmədov Marneulidə yaşayan iş adamı, 1980-ci il təvəllüdlü N.A.-ya mobil telefonla zəng edərək onu hədələyib və 50 000 ABŞ dollarını Türkiyəyə aparmağı tələb edib.

 
Pulun ödənilməsindən imtina edildikdən sonra, Elmuraz Məmmədov Gürcüstanda yaşayan D.M.-yə, E.O.-ya və A.A.-ya 10 000 ABŞ dolları qarşılığında N.A.-ya məxsus avtomobil hissələri mağazasının fasadını zədələməyi tapşırıb. Sözügedən şəxslər tapşırığı yerinə yetirərək avtomat silahdan atəş açmaqla mağazanın şüşə fasadını zədələyiblər.
 
Saxlanılanlar törətdikləri cinayəti etiraf edib və istintaqla əməkdaşlıq edirlər.
İstintaq Cinayət Məcəlləsinin 25-181 və 236-cı maddələri ilə aparılır. Cinayətlər yeddi ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.