Məktəb yaxınlığında tərk edilmiş körpə tapılıb
 
                    Xoni bələdiyyəsində tərk edilmiş körpə tapılıb.
Məlumata görə, yenidoğulmuş körpə yorğana bükülü vəziyyətdə 3 saylı orta məktəbin yaxınlığında aşkar edilib.
Körpə Kutaisidəki tibb müəssisəsinə yerləşdirilib.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə – təhlükədə qoyma maddəsi üzrə istintaqa başlayıb.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            