Məkkədən Mədinəyə gedən avtobus qəzaya uğradı, 40-dan çox zəvvar öldü- Video

Nov 17, 2025 - 11:49
 0  24

Səudiyyə Ərəbistanında baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində Hindistanın Telanqana ştatından olan ən azı 42 hindistanlı zəvvar həlak olub.

Xeber.ge xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, faciə noyabrın 17-də səhər saatlarında, Məkkədən Mədinəyə gedən avtobusun dizel yanacağı daşıyan avtomobillə toqquşması nəticəsində baş verib. İlkin məlumatlara görə, zərbə o qədər güclü olub ki, bir çox sərnişin hadisə yerində həlak olub, bir neçə nəfər isə ağır xəsarət alıb. Hadisə yerinə təcili olaraq fövqəladə xidmətlərin əməkdaşları gəlib, xilasetmə işləri aparılıb, zərərçəkənlərə tibbi yardım göstərilib.

mənbə: oxu.az