Ukrayna münaqişəsi Avropaya 1 trilyon avroya başa gəlib

Nov 17, 2025 - 12:08
 0  19
Ukrayna münaqişəsi Avropaya 1 trilyon avroya başa gəlib

Ukrayna münaqişəsi Avropaya ümumilikdə 1 trilyon avroya başa gəlib.

Xeber.ge xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Söhbət 1 trilyon avroluq ümumi xərclərdən gedir. Hansı Avropa ölkələri buna büdcə ayıracaq və bunun üçün hansı sahələrdə kəsintiyə gedəcək?”, – deyə əlavə edilib.

Vurğulanıb ki, bu vəziyyət təhsil, səhiyyə də daxil olmaqla bir çox sahəyə təsir edəcək və insanların həyat dəyərini artıracaq.

“Rusiyaya qarşı embarqo tətbiq edirsiniz, onun enerji resurslarını almırsınız, ticarət aparmırsınız… Bütün bunların həm maliyyə, həm də siyasi qiyməti var”, – deyə qeyd edilib.

mənbə: azshafaqna.com