Kvaratsxeliya postsovet ölkələrinin futbolçuları arasında unikal naliyyət qazandı

Jun 1, 2026 - 21:51
 0  4
Kvaratsxeliya postsovet ölkələrinin futbolçuları arasında unikal naliyyət qazandı

PSJ-nin gürcü vingeri Xviça Kvaratsxeliya postsovet məkanında bazar dəyərinə görə 100 milyon avroluq həddi keçməyi bacaran ilk

futbolçu olub.

Bu barədə "Transfermarkt" portalı məlumat yayıb.

Kvaratsxeliya hazırda 140 milyon avro dəyərində qiymətləndirilir. O, komanda yoldaşları Vitinya və Joao Neveşlə bərabər Fransa

Liqa 1-nin ən bahalı oyunçuları sırasına yüksəlib.

Qeyd edək ki, Kvaratsxeliya başa çatan mövsümdə bütün turnirlər daxil olmaqla 48 oyun keçirib, 19 qol vurub və 11 məhsuldar

ötürmə ilə yadda qalıb.

mənbə: oxu