Kutaisidə məhəllə davası ölümle nəticələndi
Kutaisidə bir nəfər qətl ittihamı ilə saxlanılıb.
XEBER.GE xeber verir ki,
Nazirliyin verdiyi məlumata görə, təqsirləndirilən şəxs əvvəlki mübahisə zəminində məhəllədə yaşayan qonşusunu soyuq silahla vurub və hadisə yerindən qaçıb.
Qurban xəstəxanaya çatdırıldıqdan qısa müddət sonra dünyasını dəyişib.
Polis əməkdaşları operativ-istintaq tədbirləri nəticəsində cinayətkarı qısa zamanda saxlayıb.
İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə aparılır. Bu maddə 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.