Vashlijvaridə atışmanın yeni detalları: 41 yaşlı kişi saxlanıldı-VİDEO

Jul 5, 2026 - 14:20
 0  17

Tbilisinin Vashlijvari rayonunda baş verən qanlı hadisə ilə bağlı yeni məlumatlar yayılıb. Polislər 41 yaşlı kişini saxlayıb. O, odlu silahlardan istifadə edərək iki nəfəri güllələyib.

XEBER.GE xeber  verir ki, 34 və 35 yaşlı yaralılar hazırda klinikadadırlar və həyatları üçün təhlükə yoxdur.

Hadisə dünən axşam saat 23:00 radələrində baş verib. İlkin məlumata görə, qonşular arasında əvvəlcə sözlü mübahisə yaranıb, sonra isə atışma başlayıb.

Şahidlərin sözlərinə görə, silahdan bir neçə dəfə atəş açan kişi əhtimal ki, sərxoş vəziyyətdə olub.

Hazırda hadisə yerində intensiv istintaq hərəkətləri davam edir.

İstintaq Cinayət Məcəlləsinin 117-ci (qəsdən ağır bədən xəsarəti) və 236-cı (odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və gəzdirilməsi) maddələri ilə aparılır.