Kutaisidə keçmiş məhkum bir nəfəri ürəyindən bıçaqladı

May 21, 2026 - 11:24
 0  18
Kutaisidə keçmiş məhkum bir nəfəri ürəyindən bıçaqladı

Gürcüstanın Kutaisi şəhərində qəsdən adam öldürməyə cəhd ittihamı ilə əvvəllər məhkum olunmuş şəxs saxlanılıb.

Xeber.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi "isti izlər"lə ələ keçiriblər.

 İstintaq materialları ilə müəyyən edilib ki, Kutaisi şəhərində iki nəfər arasında yaranmış mübahisə qanlı qarşıdurmaya çevrilib. Təqsirləndirilən şəxs soyuq silahdan (bıçaqdan) istifadə edərək qarşı tərəfə döş qəfəsi (ürək) nahiyəsindən ağır xəsarət yetirib və hadisə yerindən qaçıb.

Döş qəfəsindən kəsici-deşici yara alan zərərçəkmiş şəxs təcili olaraq klinkaya çatdırılıb və həkimlərin nəzarəti altında müalicəsinə başlanılıb.

Hüquq-mühafizə orqanlarının operativ şəkildə keçirdiyi istintaq və axtarış tədbirləri nəticəsində qaçan keçmiş məhkum qısa müddətdə müyyən edilərək şübhəli şəxs qismində qandallanıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi davam etdirilir. Qanunvericiliyin bu bəndinə əsasən, saxlanılan şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.