Kolumbiyada zəlzələ faciəsi - VİDEO

Aug 10, 2026 - 21:33
 0  11
Kolumbiyada zəlzələ faciəsi - VİDEO

Kolumbiyanın qərbində baş verən güclü zəlzələ nəticəsində azı 24 nəfər həyatını itirib, 100 nəfər isə itkin düşüb.

XEBER.GE xeber  verir ki, bu barədə Vaye-del-Kauka departamentinin qubernatoru Dilyan Fransiska "X" sosial şəbəkəsində məlumat verib.

"Kalima-El-Darien şəhərində divarın uçması nəticəsində üç uşağın həlak olması xəbərini dərin hüznlə qarşılayırıq. Həmçinin Sarsal şəhərində bir nəfərin öldüyü bildirilir", - deyə qubernator qeyd edib.

Daha əvvəl Risaralda departamentinin Pereyra şəhərinin meri Maurisio Salasar 18 nəfərin öldüyünü, Kaldas departamentinin Manisales şəhərinin meri Xorxe Roxas isə zəlzələ nəticəsində iki nəfərin həlak olduğunu açıqlayıb.

Bundan əlavə, "Blu Radio" yerli hakimiyyət orqanlarına istinadən Manisales şəhərində azı 100 nəfərin itkin düşmüş hesab olunduğunu bildirib.

 

mənbə: oxu.az