Kobuletidə dənizdə 6 ballıq fırtına: Sahil zolağında gərgin anlar

Feb 19, 2026 - 20:06
 0  7

Gürcüstanın kurort şəhəri olan Kobuletidə Qara dənizdə şiddətli fırtına müşahidə olunur.

Xeber.ge xeber  verir ki, təbiət hadisəsinin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Qeyd edək ki, Milli Ətraf Mühit Agentliyi gözlənilən əlverişsiz hava şəraiti barədə dünəndən xəbərdarlıq etmişdi. Agentliyin məlumatına əsasən, 18 fevral gün sonundan 19 fevral gün sonunadək Gürcüstan ərazisində yağıntılı hava şəraiti, bəzi yerlərdə güclü yağış, qərbdən əsən şiddətli külək, dənizdə isə 4-6 bal gücündə fırtına proqnozlaşdırılırdı.

Hazırda sahil zolağında təhlükəsizlik tədbirləri gücləndirilib, əhaliyə dəniz kənarına yaxınlaşmamaq tövsiyə olunur.