Kaxetidə məktəbliləri daşıyan mikroavտobus qəzaya uğrayıb
15 şagirdi daşıyan mikroavtobus qəzaya uğrayıb.
XEBER.GE xeber verir ki, məlumatı "Mtavari Ambebi Kaxeti" yayıb.
Nəşrin məlumatına görə, mikroavtobus uşaqları Çantlisqure kəndindən Yeni kənd (Axalsofeli) 1 nömrəli ictimai məktəbinə aparırdı.
Onların məlumatına görə, yaralananlardan birinin əl darağı sümüyü, digərinin isə körpücük sümüyü sınub.
Üç uşaq "112" briqadası tərəfindən kliniskiyə aparılıb. Yüngül xəsarətlər alan digər şagirdləri isə profilaktika məqsədilə valideynləri və hadisə yerində olan şəxslər tibb müəssisəsinə aparıblar.
Hadisə yerində polis və "112" briqadası olub.
DİN-in məlumatına görə, istintaq 276-cı maddə ilə başladılıb.