Kaxetidə ağır yol qəzası: 4 nəfər xəsarət aldı, birinin vəziyyəti ağırdır

Jul 26, 2026 - 19:58
 0  9
Kaxetidə ağır yol qəzası: 4 nəfər xəsarət aldı, birinin vəziyyəti ağırdır
: :
playing

Kaxeti bölgəsində, Qvareli bələdiyyəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Yerli "Mətavari ambebi Kaxetidan" nəşrinin verdiyi məlumata görə, xəsarət alanlardan gənc bir qadının vəziyyəti ağırdır.

XEBER.GE xəbər verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalara başlanılıb.