Kavelaşvili ATƏT PA prezidenti ilə ölkədə baş verən siyasi prosesləri müzakirə edib

Mar 10, 2026 - 14:56
 0  1
Kavelaşvili ATƏT PA prezidenti ilə ölkədə baş verən siyasi prosesləri müzakirə edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkədə səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pere Joan Pons Sampietro ilə görüşüb.

Görüş Prezident Sarayında keçirilib.

Gürcüstan Prezidentinin Administrasiyasının yaydığı məlumata görə, dövlət başçısı ATƏT PA prezidentinin ölkəyə səfərini alqışlayıb və bu səfərin cari məsələlərin müzakirəsi, həmçinin gələcək əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkan yaratdığını bildirib.

Görüş zamanı ölkədə baş verən siyasi proseslər və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Prezident qeyd edib ki, Gürcüstan 2012-ci ildən etibarən demokratik prinsiplərin, insan hüquqlarının və qanunun aliliyinin güclü tərəfdarı olub və bu kursu davam etdirir.

O, həmçinin vurğulayıb ki, Gürcüstan çoxtərəfli əməkdaşlığın və dialoqun gücləndirilməsinə sadiq qalaraq beynəlxalq platformalarda konstruktiv və məsuliyyətli tərəfdaş kimi çıxış edir.

mənbə: report