İtaliyada ticarət mərkəzindən oğurluq edən 43 yaşlı Gürcüstan vətəndaşı saxlanıldı
İtaliyada hüquq-mühafizə organları 43 yaşlı Gürcüstan vətəndaşını soyğunçuluq və qəsdən zərər vurma ittihamı ilə saxlayıblar.
XEBER.GE xeber verir ki, "Cinecittà Due" ticarət mərkəzində mühafizə əməkdaşları 43 yaşlı kişini mağaza rəflərindən geyim oğurlayarkən saxlayıblar.
Geyinmə otağına daxil olduqdan sonra Gürcüstan vətəndaşı üç əşya əvəzinə bir əşya ilə çölə çıxıb. O, hadisə yerindən qaçmağa cəhd etsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərində məftil kəsən və qayçı tapılıb. Kişi bu alətlərdən geyimlərin üzərindəki maqnit etiketləri çıxarmaq üçün istifadə edirmiş.
Məlumatı "RomaToday" yayır.