İtaliyada qarət: Məhsul oğurlayan Gürcüstan vətəndaşı saxlanılıb

Apr 25, 2026 - 15:40
 0  18
İtaliyada qarət: Məhsul oğurlayan Gürcüstan vətəndaşı saxlanılıb

İtaliyanın Teleze-Terme şəhərində mağazadan külli miqdarda ərzaq məhsulu oğurlamağa cəhd edən Gürcüstan vətəndaşı polis tərəfindən saxlanılıb.

Xeber.ge xeber  verir ki, 44 yaşlı şübhəli şəxs mağazadan ümumi dəyəri 600 avro olan müxtəlif ərzaq məhsullarını oğurlamaq istəyib.

  Hadisə yerinə gələn polis əməkdaşları onu "isti izlərlə" yaxalayıb. Axtarış zamanı məlum olub ki, oğurlanmış ərzaq məhsullarının bir hissəsi şəxsin üstündə, gödəkçəsinin ciblərinə və çantasına gizlədilib.

  İstintaq zamanı müəyyən edilib ki, sözügedən cinayət işində bir neçə nəfər iştirak edir. Saxlanılan Gürcüstan vətəndaşının üzərindəki ittihamlar təkcə oğurluqla bitmir. Məlum olub ki, o, həmçinin İtaliya ərazisində qanunsuz yaşayır. Bu səbəbdən ona qarşı ölkədə qanunsuz miqrasiya maddəsi ilə də ittiham irəli sürülüb.

Hazırda digər şübhəlilərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.