İstiğfarın günahların bağışlanması və cəhənnəmdən qurtuluşdakı təsiri

Dec 25, 2025 - 10:36
 0  7
İstiğfarın günahların bağışlanması və cəhənnəmdən qurtuluşdakı təsiri

İstiğfarın bir çox təsirləri vardır, lakin istiğfar edənlərin ən mühüm və birbaşa məqsədi günahların bağışlanmasıdır.

İstiğfarın bu təsirinin əhəmiyyətinə dəlalət edən budur ki, insan günahların bağışlanması ilə cəhənnəm odundan qurtula bilsə, əbədi səadətə və nicata nail olmuşdur: 

«فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَ أُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ» – “Kim cəhənnəm odundan uzaqlaşdırılıb cənnətə daxil edilərsə, o nicat tapmış və səadətə çatmışdır” (Ali-İmran: 185). 

Bir çox ayələr istiğfarın nəticəsində günahların bağışlanmasına işarə edir. Məsələn, Ali-İmran surəsində bağışlanmaya və sonsuz cənnətə tələsik yönəlməyə dəvət olunmuşdur (Ali-İmran: 133). Ardınca bəzi yaxşı əməllərə işarə edərək buyurur: 

«الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ» (Ali-İmran: 134). 

Bu ayə göstərir ki, darlıq və bolluq halında infaq etmək, qəzəbi boğmaq, insanların xətalarını bağışlamaq və onlara yaxşılıq etmək günahların bağışlanmasında təsirlidir. 

Sonra buyurur: 

«وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَ مَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ وَ لَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَ هُمْ يَعْلَمُونَ»

“Onlar ki, bir çirkin iş görsələr və ya özlərinə zülm etsələr, Allahı yada salar və günahları üçün istiğfar edərlər – günahları Allahdan başqa kim bağışlaya bilər? – və bildikləri halda etdikləri günah üzərində israr etməzlər”  (Ali-İmran: 135).

Bu ayədə istiğfarın günahların bağışlanmasına təsir edən şərtləri bəyan olunur. 

Növbəti ayədə isə (Ali-İmran: 133 ilə uyğun şəkildə) iki mükafat zikr olunur ki, birincisi günahların bağışlanmasıdır: 

«أُولَئِكَ جَزَاؤُهُمْ مَغْفِرَةٌ مِنْ رَبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَ نِعْمَ أَجْرُ الْعَامِلِينَ» (Ali-İmran: 136). 

Bu ayənin son ifadəsi göstərir ki, istiğfar bir əməl sayılır və yalnız qəlbi və dil zikri deyil. 

 

mənbə: iqna