Tbilisi meriyası paytaxt sahibkarlarını maliyyələşdirəcək

Dec 25, 2025 - 10:32
 0  8
Tbilisi meriyası paytaxt sahibkarlarını maliyyələşdirəcək

 Tbilisi meriyası mikro və kiçik biznesə dəstək layihəsi çərçivəsində 46 sahibkara maliyyə ayıracaq.

Xeber.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze iclasda bildirib.

 

Layihənin maliyyələşdirilməsi üçün yarım milyon laridən çox vəsait ayrılıb.

 

“İlkin mərhələdə 300 min lari ayrılmışdı, lakin biz büdcəni artırdıq və nəticədə qeyd olunan sahibkarlara 523 min lari ayrılacaq. Yerli istehsalın gücləndirilməsi əsas prioritetlərimizdən biridir və dayanıqlı iqtisadi inkişafın ayrılmaz hissəsidir”, – deyə Kaladze bildirib.

 

Merin sözlərinə görə, gələcəkdə şəhər hakimiyyəti bu cür layihələrin maliyyələşdirilməsini artırılmış büdcə və daha geniş imkanlarla fəal şəkildə davam etdirməyi planlaşdırır.

 

Biznesə dəstək proqramı əvvəlcədən öz biznesini inkişaf etdirmək üçün kifayət qədər maliyyə resurslarına malik olmayan sahibkarlar üçün yeni imkanların yaradılmasına yönəlib. Proqramda iştirak üçün müraciətlərin qəbulu 30 iyul tarixində başlayıb.

 

Seçim zamanı fəaliyyətdə olan müəssisəsi olan və fəaliyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq avadanlığın alınması üzrə real və konstruktiv plan təqdim edən namizədlərə üstünlük verilib.