İsrailin Qəzza soyqırımı davam edir: 65 382 nəfər…

Sep 24, 2025 - 12:20
 0  9
İsrailin Qəzza soyqırımı davam edir: 65 382 nəfər…

İsrail ordusunun Qəzza sektorunda törətdiyi hərbi cinayətlər və kütləvi qətliamlar davam edir.

Xeber.ge xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi mülki əhali arasındakı itkilər barədə yenilənmiş məlumatları təqdim edib.

Son 24 saat ərzində İsrail hərbçiləri daha 38 günahsız qəzzalını qətlə yetirib, 190 nəfəri isə yaralayıb.

Bununla da, İsrail ordusunun 2023-cü il 7 oktyabrdan bəri davam etdirdiyi soyqırımı nəticəsində öldürülən dinc fələstinlilərin sayı 65 382 nəfərə, yaralıların sayı isə 166 985 nəfərə çatıb.

Həmçinin 10 minə yaxın günahsız Qəzza sakinindən isə xəbər yoxdur.

İsrailin qətlə yetirdiyi və yaraladığı mülki əhalinin böyük əksəriyyətini isə uşaqlar və qadınlar təşkil edir.

mənbə: azshafaqna.com